Klub prezidentinin 70 yaşlı xanımı "Qəbələ"ni görməyə gəldi

Antalyada "Qəbələ" və "Sürix" arasında baş tutan yoxlama oyununu İsveçrə klubunun prezidenti Anxilyo Kanepanın həyat yoldaşı Heliane Kanepa da izləyib.

 

Sportinfo.az-ın "blick.ch" saytına istinadən yaydığı məlumata görə, bəziləri meydançanın kənarındakı stulda əyləşib, siqaret çəkə-çəkə oyuna tamaşa edən qırmızı saçlı xanımı əvvəlcə tanımayıblar.

 

Hətta onun "Sürix"in Türkiyədə yaşayan qocaman azarkeşlərindən biri olduğunu güman ediblər. Oyundan sonra isə məlum olub ki, bu, 65 yaşlı A. Kanepanın özündən 5 yaş böyük xanımı Helianedr.

 

Matç başa çatdıqdan sonra o, meydançaya daxil olaraq, komandanın baş məşqçisi Ulrix Forte ilə qısa söhbət edib.

 

45 ildi Anxilio ilə evli olan xanım jurnalistlərdən birinin "Bəs əriniz hardadır, xanım Heliane" sualına isə bu cür cavab verib: "O, evdə başqa işlərlə məşğul olur".

Tarix: 19 Yanvar 17:12    Oxunub: 413    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.