"QƏBƏLƏ" 1 ayda milli komandalara 25 yetirməsini göndərdi

Yanvar ayı ərzində təlim-məşq toplanışı keçən aşağı yaş qrupları üzrə milli komandalar "Qəbələ"nin 25 (!) futbolçusuna dəvət göndərib.

 

Sportinfo.az xəbər verir ki, əyalət təmsilçisi U-17-də 11, U-18 9, U-19-da 3, U-21-də 2 futbolçu ilə təmsil olunub.

 

Hazırda başqa klublarda çıxış edən daha 4 futbolçu da U-21-in toplanışına dəvət alıb. Çexiya "Slaviya" klubunda toplanış keçdiklərinə görə Amin Seydiyev və Rövlan Muradov U-21, Samir Qurbanov isə U-19 milli komandamızın bu toplanışında iştirak etmirlər.

 

U-21/09-27.01.2018-ci il, Antalya, Türkiyə:
Bəhlul Mustafazadə (müdafiəçi, “Sumqayıt”), Murad Qayalı (müdafiəçi, “Keşlə”), Qismət Alıyev, Hacıağa Hacılı (hər ikisi yarımmüdafiəçi, “Qəbələ”), Ehtiram Şahverdiyev, Ülvü İskəndərov (hər ikisi hücumçu, “Sumqayıt).


12-21.01.2018-ci il, Bakı:
Fərid Nadirov, Rüstəm Nuruyev (hər ikisi müdafiəçi), Kamran Quliyev (hücumçu).


U-18/04-19.01.2018-ci il, Bakı:
Elməddin Sultanov (qapıçı), İdris İnqilablı, Nicat Əliyev, Cavidan Rəhimli, Xəyal Muradov (hamısı müdafiəçi), Orxan Abdullayev, Salman Ələsgərov (hər ikisi yarımmüdafiəçi), Əli Mürsəlov, Məhəmməd Məhərrəmov (hər ikisi hücumçu).


U-17/08-22.01.2018-ci il, Qəbələ:
Vüsal Şabanov, Müşfiq Nadirov (hər ikisi qapıçı), Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili (hamısı müdafiəçi), Nazim Həsənzadə, Çingiz Məmmədov, Veysəl Rzayev (hamısı yarımmüdafiəçi), Samir Məhərrəmli, Kamal Kazımov, Mehrac Baxşəliyev (hamısı hücumçu).

 

Tarix: 19 Yanvar 16:00    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.