Almaniya klubu millimizin hücumçusunu 150 minə alacaq?

Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.
 
Sportinfo.az
xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 4 klubun transfer hədəfindədi. 

 

“Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olan Dadaşovu rənglərinə bağlamaq niyyətindədi. 


“Karl Zeyss” bu keçiddə daha israrlıdı. Adıçəkilən komandanın baş məşqçisi Mark Zimmermann mütləq bir hücumçu alınmasını istəyib. O, Dadaşovun komandanın ön xətt oyunçusu Timmi Teile ilə birlikdə təhlükəli cütlük təşkil edəcəyini düşünür.

 

Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir. Çünki onun Berlin təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.


Bu mövsüm 18 oyunda 19 qol vuran forvardın transferi ilə bağlı danışıqlar artıq start götürüb. Alman həmkarlarımız «dinamoçular»ın bu sövdələşmədən minimum 150 min avro qazanmaq istədiyini yazır.

 

Tarix: 19 Yanvar 15:36    Oxunub: 374    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.