Zimbabve millisinin üzvü üçün "Qarabağ"dan gələn təklifi qəbul etdilər

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun"a satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasından "Mamelodi Sandaunz"ın forvardı Xama Billiata təklif göndərib.

 

Sportinfo.az xəbər verir ki, "Mamelodi Sandaunz" Zimbabve millisinin üzvü üçün gələnn təklifi qəbul edib. Bu barədə CAR mətbuatı məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, zimbabveli futbolçu da müsbət cavab versə, keçid reallaşacaq. Xama ilə bu ölkənin digər klubu - "Orlando Payrets" də maraqlıdır. Bu səbəbdən Billiat tələsmək istəmir.

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. 27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Tarix: 19 Yanvar 15:00    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.