"Neftçi"dən təklif gəlsə, çox sevinərəm

Azərbaycan çempionatındakı çıxış etmiş serbiyalı qapıçı Saşa Stamenkoviçlə xorvatiyalı yarımmüdafiəçi Lukas Mario Xorvat yenidən ölkəmizə qayıda bilər.

 

Bunu futbolçuların ötən il şərəfini qoruduğu “Okjetpes”in sabiq idman direktoru Rüstəm Rəcəbov deyib.

 

Stamenkoviç “Neftçi”, Xorvat “Bakı”nın şərəfini qoruyub. Onların son klubu - “Okjetpes” aşağı dəstəyə yuvarlanıb. 

 

Hər iki futbolçunun təmsilçisi olan Qazaxıstan mətbuatına açıqlamasında legionerlərin Azərbaycanın iddiasız klubundan təklif aldığını bildirsə də, komandanın adını açıqlamayıb:

 

“Saşa Stamenkoviç və Lukas Mario Xorvatla onların gələcək karyeralarını harada davam etdirmələri ilə bağlı danışmışam. Hazırda bu oyunçular Azərbaycan, Kipr və Serbiya klublarından bir neçə təklif alıblar.

 

Amma bu klublar qarşısına böyük vəzifələr qoymayıb. Bu üzdən futbolçular iddiasız komandaya keçməklə bağlı qərar verməkdə tələsmir. Bir sözlə, agentləri onlar üçün başqa variantlar da axtarır”.


Sportinfo.az xəbər verir kiStamenkoviç «Neftçi»dən dəvət alsa, dəyərləndirəcəyini bildirib.

 

Bu haqda məlumatı həmkarımız Erkin İbrahimov sosial şəbəkə üzərindən yayıb. "Hamı bilir ki, Azərbaycana çox bağlıyam.

 

Karyeramın ən gözəl xatirələri «Neftçi» ilə bağlıdı. Hər zaman Azərbaycana dönməyə hazıram. «Okjetpes» ilə müqaviləm qüvvədədi,  lakin 1-ci liqada oynamaq istəmirəm.

 

«Neftçi»dən təklif gəlsə, çox sevinərəm. Elə həftə olmur ki, bu komandanın sadiq azarkeşlərindən kimsə mənə yazmasın. Sağ olsunlar, məni unutmayıblar. «Neftçi» azarkeşlərini bağrıma basıram.

 

Həqiqətən da menecerlər səviyyəsində Azərbaycana qayıtmağımla bağlı danışıqlar olub, lakin bu komanda «Neftçi» deyil.

 

Düzünə qalsa, karyeramı elə Qazaxıstanda davam etdirməyim daha real görünür. Bu ölkədə artıq 2 ildi çıxış edirəm. Hazırda Qazaxıstanda fasilədi, yaxın 10-15 gündə qərarımı verəcəm".

Tarix: 19 Yanvar 14:48    Oxunub: 435    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.