"Bütün diqqətimi "Qarabağ"a kömək etməyə yönəltmişəm"

"Artıq bir neçə ildi ki, "Qarabağ" inkişaf edir. Dayanmadan işləməyin sayəsində addım-addım irəliləyirik.

 

Komandanın əsas devizi intizamn və peşəkarlıqdı. Məqsədə çatmaq üçün hər gün fikrimizi cəmləməli, əziyyət çəkməliyik. Bütün bunlara əməl etdikdə nəticə özünü çox gözlətmi".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın albaniyalı legioneri Ansi Aqolli deyib.

 

Ağdam klubunun müdafiəçisi ölkəsinin mətbuatına müsahibə verib. O, çempionatda yaranan fasilədən danışıb:

 

"Əlbəttə ki, istirahət etmək vacibdi. Dincəlmək üçün kifayət qədər vaxtım oldu. Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir və bütün diqqətinizi futbola yönəldirsiniz.

 

Yüklənmədən sonra orqanizmə bərpa üçün vaxt vermək lazımdı. Çünki növbəti oyunda da eyni səviyyədə çıxış etmək lazımdı. Sız qrafikli mövsüm ərzində reyimə əməl etmək vacibdi".  

 

Təcrübəli futbolçu Albaniya çempionatının əvvəlki və hazırkı durumundan danışıb: "Təxminən 13 ildir ki, Albaniya millisinin şərəfini qoruyuram. Bu illərdə millinin bir parçası olmuşam. Albaniya futbolunda böyük sıçrayış hiss olunur.

 

Yaxşı nəticələr təsadüfən gəlmədi. İndi əcnəbilər millimizə və çempionatımıza fərqli yanaşırlar. Albaniya futbolu haqda xoş sözlər eşidəndə fəxr hissi keçirirəm. Bu, futbolumuzun düzgün yolda olduğun göstərir". 

 

Cinah müdafiəçisi karyerasını bitirdikdən sonra futbolla məşğul olacağını bildirib: "Hələ "Qarabağ"la müqaviləm var. Bütün diqqətimi "Qarabağ"a kömək etməyə yönəltmişəm.

 

Həm Azərbaycan çempionatı, həm də Avropadakı hədəflərimizi nəzərdə tuturam. Gələcəkdə nələr olacağını birlikdə görəcəyik. Təbii ki, futbolun içində olacam".

Tarix: 19 Yanvar 14:00    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.