Millinin üzvü Super Liqada

“Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Danimarkanın “Midtyulland” klubunun çexiyalı müdafiəçisi Filip Novakın transferini rəsmiləşdirib.

 

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2,5 illik müqaviləyə imza atıblar.

 

“Trabzonspor” bu transferə örə Danimarka klubuna 1 milyon 900 min avro ödəyib. Futbolçu özü isə qarşıdakı ikiilyarımda bütövlükdə 2 milyon 150 min avro məvacib alacaq.

 

Novak 2015-ci ildən “Midtyulland”ın şərəfini qoruyurdu. Çexiyanın “Teskoma” klubunun yetirməsi 2009-2011-ci illər aralığında doğma komandasında forma geyindikdən sonra 2011-2015-ci illər aralığında da “Yablonets”də çıxış edib. 27 yaşlı futbolçu Çexiya yığmasında 12 oyun keçirib, 1 qola imza atıb.

Tarix: 19 Yanvar 12:48    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.