"Qəbələ" birinci divizion klubuyla qolsuz sülh bağladı

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, dünən “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib.

 

Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb.

 

Birinci divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib - 0:0.

 

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Komanda ayın 21-də daha bir yoxlama matçı keçirəcək. "Qəbələ"nin əvəzediciləri “Keşlə”nin müvafiq komandası ilə qarşılaşacaq. 

 

“Qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə birinci divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Tarix: 19 Yanvar 11:12    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.