"Qarabağ" 2,5 milyon dollarlıq transfer məbləğini aşağı salmaq üçün...

Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane "Qarabağ"a keçidi gözlənilən Xama Billiatın komandadan ayrılma variantına münasibət bildirib. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis ESPN-ə açıqlama verib.

 

O deyib ki, Leonardo Kastro, Kiqan Dolli və Billiatdan ibarət, CBD adlandırılan təhlükəli oyunçular "trio"sundan komandada hazırda yalnız sonuncusu qalıb. Mosimane "Sandaunz"un yenə zirvədə qalacağına və onlarsız da qalib gəlmələrinin mümkünlüyünə əmin olmalarının vacibliyini vurğulayıb:

 

"CBD bu mövsüm oynamayıb. Amma komandamız yenə liderdir. Yeni transferimiz Qaston Sirinonu isə gələcək üçün nəzərdə tutmuşuq. Uruqvaylı forvardla bağlı da kombinasiya fikirləşə bilərik".

 

Xama Billiat "Qarabağ"la yanaşı, CAR-ın "Orlando Payrats" klubunun da maraq mairəsindədir. Azərbaycan klubunun 2,5 milyon dollarlıq transfer məbləğini aşağı salmaq üçün "Mamelodi Sandaunz"la danışıqlar apardığı, futbolçunun özünə isə ayda 80 min manatadək maaş təklif etdiyi bildirilir.

 

"Kamaldinyo" ləqəbli Billiat əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib.

 

O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sandaunz"da 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub.

 

Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub.

Tarix: 19 Yanvar 10:48    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.