Bakı şəhər açıq birinciliyində ilk günə yekun vuruldu

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyində ilk günə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin birinci günündə 11 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib.

 

Paytaxt birinciliyində qızların yarışında Şəfiqə Mollazadə (44 kq), Şəfəq Məmmədova (48 kq), Elvira Əskərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Günel Bəkirzadə (63 kq), Əminə Hüseynova (78 kq) və Şəms Hacıyeva (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

 

Oğlanların mübarizəsində isə Yunis Yunisli (55kq), Nazim Şıxəliyev (66 kq) və Əkbər Quliyev (81 kq) çempion olub. Paytaxt birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.

 

İki gün davam edəcək Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparır.

Tarix: 19 Yanvar 10:24    Oxunub: 45    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.