Premyer Liqa klubunun baş məşqçisi soxulcan yeyirmiş...

İngiltərə Premyer Liqa təmsilçisi “Bernli”nin baş məşqçisi Şon Dayçla bağlı maraqlı məlumat yayılıb.

 

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssisin sabiq komanda yoldaşı Soren Andersen Dayçın futbolçu olduğu vaxtlarda məşq zamanı soxulcan yediyini deyib:

 

“Bəlkə də, bu, sizə iyrənc gələ bilər. Ancaq oyunçu olduğu zaman məşq zamanı soxulcan yediyini demişdi.

 

Hər məşqdə 1-2 dənə yeyirdi. Bunu niyə etdiyini bilmirəm. Həyatım boyu belə bir şeylə rastlaşmamışdım. Deyəsən, Dayç təbii şeyləri yeməyi sevirdi”.

 

Dayçın baş məşqçisi olduğu “Bernli” Premyer Liqanın cari mövsümündə heç də pis çıxış etmir. Komanda 23 turdan sonra 34 xalla 7-ci pillədə yer alıb.

Tarix: 19 Yanvar 09:48    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.