“Sumqayıt” “Səbail”i saymadı

Premyer Liqada mövsümün qalan hissəsinə hazırlığını davam etdirən “Sumqayıt” və “Səbail”ı bu gün yoxlama matçında üz-üzə gəlib.

 

Sportinfo.az xəbər verir ki, elita təmsilçiləri Sumqayıtda qarşılaşıblar. Üç qolun qeydə alındığı oyunda qələbəni bakılılar bayram ediblər.

 

Səbail təmsilçisinə qələbə qazandıran qolları Nurlan Novruzovla Vüqar Nadirov vurub. Meydan sahiblərinin təsəlli qolunun müəllifi isə Amil Yunanov olub.

 

Bu, hər iki komanda üçün Türkiyənin Antalya bölgəsində keçirəcəkləri təlim-məşq toplanışı öncəsi ölkə daxilində son yoxlama matçı idi.

 

Sumqayıt - Səbail - 1:2 
Qol: Amil Yunanov, 53 - Nurlan Novruzov, 22. Vüqar Nadirov, 85.

Tarix: 18 Yanvar 20:36    Oxunub: 353    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.