Abdullayev "Anortosis"ə 1/4 final bileti qazandırdı - VİDEO

Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
 
Sportinfo.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib.

 

Doğma meydanda bu rəqibinə 3:2 hesabıyla qalbi gələn futbolçumuzun komandası cavab matçından heç-heçə ilə ayrılıb – 1:1.
 
İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Anortosis” 1/4 finala yüksəlib. Araz da bu matçın iştirakçısı olub.

 

O, bu qarşılaşmaya da start heyətində başlayıb. Millimizin üzvü oyunun 64-cü dəqiqəsində komandasına penalti qazandırıb. Topa yaxınlaşan Duqlao isə fürsəti qaçırmayıb.

 

Tarix: 18 Yanvar 18:00    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.