Ulduz karyerasını başa vurdu

Uzun müddətdir ki, klubsuz olan Ronaldinyo karyerası ilə bağlı önəmli qərar qəbul edib.

 

Sportinfo.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını rəsmən başa vurub. Bu barədə Ronaldinyonun qardaşı və agenti olan Roberto Assis Moreyra məlumat verib:

 

"Ronaldinho karyerasını başa vurdu. İndi gözəl bir vida görüşü təyin etməliyik. Böyük ehtimalla, dünya çempionatından sonra baş tuta bilər".

 

Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibidi.

 

Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. Ronaldinho "Qızıl top" mükafatına bir dəfə sahib olub.

Tarix: 18 Yanvar 17:36    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.