“Neftçi”nin hücumçusunun qardaşı İbrahimoviçin şəriki oldu

PSJ-nin futbolçusu Edinson Kavani rəsmi matçlarda qol sayına görə Zlatan İbrahimoviçin rekorduna şərik olub.

 

Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard Liqa 1-in XXI turunda “Dijon”la matçın 21-ci dəqiqəsində hesabı 3:0 edib.

 

Bu, uruqvaylı futbolçunun 156-cı qolu olub. Hazırda İngiltərənin “Mançester Yunayted” komandasının formasını geyinən İbrahimoviç də eyni göstəriciyə malikdi.

 

PSJ-nin 8 cavabsız qalib gəldiyi görüşdə Neymar 4 dəfə fərqlənməklə “poker”ə imza atıb. Edinson Kavani cari çempionatda keçirdiyi 20 oyunda 20 qol vurub.

 

Uruqvaylı forvardın meneceri “Keşlə” və “Neftçi”nin sabiq hücumçusu olan qardaşı Valter Quqlemondu.

Tarix: 18 Yanvar 16:48    Oxunub: 279    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.