"Qarabağ"la matç bizə yaxşı dərs oldu, xeyrini görəcəyik”

Antalyada “Qarabağ”la yoxlama oyununda 2:2 hesablı bərabərə qalan “Kuban”ın futbolçusu Sergey Bendz matçla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, müdafiəçi klubun saytına açıqlamasında nəticəni qənaətbəxş hesab etdiyini deyib.

 

O, “Qarabağ”ın hesabı açdığı penaltinin şübhəli olduğunu bildirib: “Təlim-məşq toplanışı çərçivəsində ilk oyunumuzu keçirdiyimizi nəzərə alsaq, məncə, pis nəticə deyil.

 

2 qol vurduq və 2 qol da buraxdıq. İlk qolu buraxdığımız zaman ola bilsin, əllə oyun yox idi, qapımıza təyin edilən penalti bir qədər şübhəlidi.

 

Topu yaxşı idarə edən, yaxşı oyun nümayiş etdirən komandaya qarşı pis çıxış etmədik. Fikrimcə, bu matç bizim üçün yaxşı dərs oldu və qarşıdakı oyunlarda bunun xeyrini görəcəyik”.

Tarix: 18 Yanvar 16:36    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.