"Qarabağ"ı qane edən təklif gəlsə, getmək haqda düşünmək olar"

"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına (scsport.ba) açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, milli komandaya dəvət alan Şehiç yığmanın düşərgəsinə qoşulacağı tarixi açıqlayıb.

 

29 yaşlı qolkiper Bosniya və Herseqovinanın yeni baş məşqçisi, yığmamızın sabiq çalışdırıcı Robert Prosineçki barədə də danışıb:

 

"Milli komandanın düşərgəsinə yanvarın 21-i deyil, 4 gün sonra qoşulacam. Antalyadan İstanbula, oradan da ABŞ-a millinin düşərgəsinə yollanacam.

 

Yeni baş məşqçimiz Robert Prosineçki yaxşı çalışdırcıdır. Onu Azərbaycan millisindən tanıyıram. Ölkə çempionatlarının matçlarını izləyirdi. Yəqin ki, mənim də potensialıma yaxşı bələddi.

 

ABŞ və Meksika ilə matça yerli çempionatdan çoxlu futbolçuların qoşulması yaxşı motivasiyadır. Oyunlara qalib gəlmək üçün çıxsaq, nəticə qazancağıq".

 

2013-cü ildə "Mersin İdman Yurdu"ndan transfer olan Şehiç "Qarabağ" haqda da danışıb. O, Ağdam klubunun Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib:

 

"Bu nəticəyə nail olmaq üçün çox çalışdıq. Qrupda keçidyimiz 6 oyunda həyəcanlı anlar yaşadıq. Komandamın heyətində yaxşı oyunlar keçirdim. Buna yenidən nail olmaq üçün bu mövsüm Premyer Liqada çempion olmalıyıq.

 

Dayanmaq olmaz, çalışmaq lazımdı. "Qarabağ"dan ayrılmaq niyyətim yoxdur. Lakin klubumu qane edən təklif gəlsə, düşünmək olar. Bu, ancaq yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib. Mən də bunun əvəzini qaytarmq istəyirəm".

Tarix: 18 Yanvar 15:36    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.