"Neftçi"də ona dedim ki, ateistəm, bütün gün danışmadı"

"Neftçi" ilə icarə müddəti başa çatan və müqavilə ilə məxsus olduğu "Karvina"ya geri dönən Pavel Dreksa Çexiya mətbuatına müsahibə verib.
 
Sportinfo.az 28 yaşlı çexiyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
Karyeranı hansı klubda davam etdirəcəksən?
- 1 il “Neftçi”də çıxış etdim. Azərbaycandan ayrıldıqdan sonra Qazaxıstana getmək barədə düşünürdüm. Ancaq “Karvina”da qalacam. Ümidləri doğruldacağıma inanıram. Baş məşqçi Muxa mənə güvənir.
 
2014-cü ildə “Siqma”dan ayrıldığın üçün peşman deyilsən? Hazırda bu komanda çempionluğa oynayır və heyətdə rəqabət pik səviyyədədir. “Karvina” isə autsayderlərə yaxındır...
- 9 il “Siqma”da çıxış etdim. Bu, futboldur. Dəyişikliklər baş verir. Uşaqlar mövsümün ilk yarıısnda yaxşı çıxış ediblər. Onlara uğurlar arzu edirəm. Mənim həmin vaxt dəyişiklik etməyə ehtiyacım var idi.
 
Bakıdakı yaşayışın necə idi?
- Zdenek Folprextin gedişindən sonra darıxdım. Komandada yeganə çexiyalı idim. Azərbaycanda ancaq ailəmlə çex dilində danışa bilirdim. Bu üzdən mənə çətin idi. Bundan əlavə, oranın şərtləri islam dinini bizə daha yaxından tantdı. Çexiyada müsəlmanların sayı azdır. Müsəlman ölkəsində oldum və hər şeylə daha yaxından tanış oldum. Folprextin ayrılığından sonra komandanın kapitanı (Ruslan Abışov) ilə bir otaqda qalırdıq. O, qatı müsəlman idi və həmişə dua edirdi. Mən ona dedim ki, ateistəm. Bu etirafımdan sonra mənimlə bütün gün danışmadı. Onlar ateistləri başa düşmürlər. Onların həyat tərzləri ilə yaxından maraqlanırdım. Avropada baş verənləri də müzakirə edirdik. Mənə deyirdilər ki, islamın adından istifadə edərək pis əməllər törədən insanlar dinin altından gizlənirlər. Azərbaycanda olduğum üçün çox sevindim. İslam mədəniyyəti haqda daha traflı bilgiyə sahib oldum. Onların həyatı maraqlıdır.
 
Mövsümün ilk yarısında “Neftçi”də çox az şans qazanmısan...
- “Neftçi”yə keçəndə komandanın vəziyyəti yaxşı deyildi. Bütün oyunlarda çıxış edirdim. Mövsümün əvvəlində baş məşqçi dəyişdi. O, heyətdə mənə şans vermədi. Buna baxmayaraq, “Neftçi”də 1 il ərzində inkişaf etdim.
Tarix: 18 Yanvar 14:12    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.