Millmizdə 1 geriləmə

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

Sportinfo.az xəbər verir kiAzərbaycan millisi ötən ayla müqayisədə bir pillə geriləyib.

 

Hazırda 281 xala malik komanda 118-ci pillədə qərarlaşıb. Ötən ay Azərbaycan yığması heç bir oyun keçirməyib.

 

Növbəti matçlar isə yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyənin Antalya bölgəsində yanvarın 30-da Moldova, fevralın 2-də isə Kosovoya qarşı keçiriləcək.

 

Hazırda Moldova 112 xalla 166-cı, Kosovo 97 xalla 178-ci sıradadır. Moldovalılar 1 pillə irəlilədikləri halda, kosovalılar eyni sayda geriləyiblər. 

 

Reytinqdə ilk 14 komandanın mövqeyində dəyişiklik olmayıb. Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1483 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cüdü.

 

Türkiyənin mövqeyində isə dəyişiklik baş verib. Bir pillə irəliləyərək 41-ci yerdə qərarlaşan “ay-ulduzlular” 735 xala malikdirlər. Növbəti reytinq siyahısı fevralın 15-də açıqlanacaq. 

Tarix: 18 Yanvar 14:00    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.