Arazın “Anortosis”i Kipr kubokunun 1/4 finalına yüksəldi

Kipr kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib. Doğma meydanda bu rəqibinə 3:2 hesabıyla qalbi gələn futbolçumuzun komandası cavab matçından heç-heçə ilə ayrılıb – 1:1.

 

İki oyunun nəticəsinə görə rəqibini üstələyən “Anortosis” 1/4 finala yüksəlib. Araz da bu matçın iştirakçısı olub. O, bu qarşılaşmaya da start heyətində başlayıb.

Tarix: 18 Yanvar 08:48    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.