"Mənim vicdanım təmizdi, bu iddialarla razılaşa bilmərəm"

“Bavariya”nın yarımmüdafiəçisi Xames Rodriqes “Real”da var qüvvəsi ilə çalışmadığı barədə yayılan məlumata münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Xames bu iddiaların həqiqəti əks etdirmədiyini deyib. O, Zinəddin Zidana qarşı münasibətindən də danışıb:

 

“Zidanla aramızda anlaşılmazlığın olduğunu iddia edə bilmərəm. Onun mənə qarşı ədalətsizlik edib-etmədiyini də deyə bilmərəm. Hər bir məşqçinin futbola öz baxışı var. O, mənim kumirim olub.

 

Mənim “Real”dan gedişim ağır və kədərli oldu. Bu klubda oynamaq ən böyük arzum olub. “Real”da könülsüz məşq etməyimlə bağlı iddialarla razılaşa bilmərəm.

 

Əksinə, ikiqat səylə məşq edirdim. Həmişə yüksək formada olmağa çalışmışam. Mənim vicdanım təmizdi. Meydana çıxanda bütün qüvvəmi sərf edirdim”.

 

Xames müqavilə ilə “Real”a məxsusdu, “Bavariya”da icarə əsasında çıxış edir.

Tarix: 18 Yanvar 09:48    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.