Premyer Liqa klubu 28 yaşlı hücumçuya görə 20 milyon verdi

“Everton” növbəti transferini rəsmiləşdirib.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi London “Arsenal”ının hücumçusu Teo Uolkotu heyətinə qatıb.

 

“Everton” 28 yaşlı hücumçunun keçidinə görə 20 milyon funt-sterlinq xərcə düşüb. 3,5 illik müqaviləyə imza atan futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

 

İngilis futbolçu “Arsenal”a 2006-cı ildə yetirməsi olduğu “Sauthempton” klubundan transfer edilmişdi. O, London təmsilçisinin heyətində 397 matça çıxıb, 108 qola atıb.

 

“Everton” bu qış transfer pəncərəsi dövründə daha öncə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cen Tosunu 27 milyon funt-sterlinqə transfer etmişdi.

Tarix: 18 Yanvar 01:00    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.