“Arazın göstərdiyi oyunu nəzərə alsaq, 150 min avro çox aşağı məbləğdi”

İndi gündəmi zəbt edən məsələ Araz Abdullayevin “Anortosis”ə keçididi.

 

Sportinfo.az xəbər verir kiCənubi Kipr klubu yayda yarımmüdafiəçini "Qəbələ"dən bir mövsümlük icarəyə götürüb.

 

Xüsusən son zamanlar məhsuldar çıxışıyla diqqətləri üzərinə çəkən yığma üzvü məşqçilər korpusunun tam etimadını qazanıb. Bu üzdən çempionluq yarışında olan “ağ-göylər” həmyerlimizə tam hüquqla yiyələnmək niyyətindədi.

 

Ada mətbuatının iddiasına görə, yayda iki klub arasında bağlanan icarə müqaviləsində belə bir bənd var: “Anortosis” “Qəbələ”yə 150 min avro ödəyəcəyi halda Abdullayevi heyətinə qata bilər.

 

Əlbəttə, hazırkı durumda bu vəsait Arazın keçidi üçün az məbləğ sayıla bilər. Görünür, ilk 6 ayda “Qəbələ”də uğurlu çıxış edə bilməyən yarımmüdafiəçi rəhbərliyin onunla bağlı bədbin düşüncəyə qapılmasına yol açıb.

 

Sanki yayda “qırmızı-qaralar” futbolçuya veriləcək maaşa qənaət etmək üçün “Anortosis” üçün əlverişli olan şərtlərə razılaşıb. Yəni yarımmüdafiəçinin mümkün parlaq çıxışı nəzərə alınmayıb.

 

Hər halda məsələyə menecer baxışını öyrənmək pis olmazdı. Ölkənin sayılıb-seçilən futbol agentlərindən olan Tural Əsgərovu dinləyək (Futbol+):

 

“Bu transferdə birmənalı olaraq “Anortosis” udacaq. Arazın orda göstərdiyi oyunu nəzərə alsaq, 150 min avro çox az məbləğdi. Amma “Qəbələ”nin də bu keçiddə tam uduzduğunu demək olmaz.

 

Yəqin əsasları olub ki, icarəyə, satmağa razılıq veriblər. Aydın məsələdi ki, Abdullayev yaya qədər “Qəbələ”də yaxşı oynasaydı, onu “Anortosis”ə icarəyə verməzdilər. Versəydilər belə, ucuz məbləğə razılaşmazdılar.

 

O ki qaldı icarə müqaviləsində satışla bağlı razılaşmaya, təcrübədə belə hallar var. Bu tam normal bir şeydi. Hansısa futbolçunu icarəyə götürən komanda çalışır ki, onu almaq hüququnu öncədən müəyyənləşdirsin. Məbləğ üzərində isə alver etmək olar.

 

Müqavilədə belə bənd olmadıqda və həmin futbolçu icarədə olduğu klubda yüksək oyun sərgilədikdə, o zaman satış məbləğini artırmaq mümkündü. Bu üzdən futbolçunu icarəyə götürən klublar çox vaxt bu məqamı nəzərə alıb, öncədən alış şərtini müqaviləyə daxil edir”.

Tarix: 18 Yanvar 00:40    Oxunub: 673    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.