Patron menecerə tapşırdı: "Ronaldoya yeni klub axtar"

Kriştiano Ronaldo yayda “Real”ı tərk edə bilər.

 

Sportinfo.az xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres futbolçunun oyunundan narazıdı və onun satılmasını istəyir.

 

Bu barədə məlumatı “Diario Record” yayıb. Məlumata görə, Peres futbolçunun agenti Jorje Mendeşlə görüşüb və ona Ronaldoya yeni klub tapmağı tapşırıb.

 

Ronaldonun müqaviləsində göstərilir ki, onu almaq istəyən klub 1 milyard avro ödəməlidi. Maraqlıdı, Ronaldoya görə bu qədər vəsait ödəyəcək klubun olacağına Peresdə inam hardandı?

 

Kriştiano bu mövsüm keçirdiyi 14 oyunda cəmi 4 qol vurub. Bu, onun son 9 mövsümdə göstərdiyi ən aşağı məhsuldarlıqdı.

Tarix: 18 Yanvar 00:20    Oxunub: 143    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.