"Azərbaycandan cəlbedici təklif aldım, bu həftə qərar verəcəm"

2017-ci ilin sonlarında Türkiyənin I Liqasında mübarizə aparan "Adana Dəmirspor"dan ayrılan bosniya və herseqovinalı futbolçus Edin Rüstəmoviç Azərbaycandan təklif aldığı haqda məlumat verib.

 

Sportinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına (expressno.ba) danışan 25 yaşlı yarımmüdafiəçi təklif aldığı komandanın adını açıqlamayıb:

 

"Bosniya və Herseqovina klubları ilə də danışıqlar aparıram. Ancaq Azərbaycan və Qazaxıstandan iki cəlbedici təklif aldım. Bu həftə qərar verəcəm. Legioner həyatına davam edəcəyim real görünür. Amma seçim etmək çətindir".

 

Rüstəmoviç ölkəsinin "Drina Zvornik" klubunun yetirməsidir. 2017-ci ilin yayında Bosniya və Herseqovinanın "Sarayevo" klubundan "Adana Dəmirspor"a keçən yarımmüdafiəçi, oktyabr ayında I Liqa klubundan ayrılıb.

Tarix: 18 Yanvar 00:10    Oxunub: 425    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.