"Rəşadın “Qarabağ”da fəaliyyət göstərməsinin zərərini görmürük”

AFFA 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandaların baş məşqçisi Rəşad Sadıqovun paralel olaraq, “Qarabağ”da fəaliyyət göstərməsinin əleyhinə deyil.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a müsahibəsində qurumun baş katibi Elxan Məmmədov bildirib.

 

E.Məmmədovun sözlərinə görə, R.Sadıqovun həm “Qarabağ”ın əsas komandasında futbolçu kimi çıxış etməsi, həm də klubda fəaliyyət göstərməsi onun millidəki işinə maneə törətmir:

 

“Yığma məşqçilərinin paralel olaraq, klublarda da çalışmaları ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb.

 

Sadıqovun “Qarabağ”da çalışmasını millidəki işinə maneə kimi görmürük. Çünki U-21-in hazırda təlim-məşq toplanışı davam edir. Hazırlıq prosesi çərçivəsinə bir neçə yoxlama oyun keçiriləcək.

 

Artıq “Alanayaspor”la qarşılaşaraq, 3:1 hesabı ilə qalib gəliblər. O, həmişə komandanın yanındadır. Rəşadın “Qarabağ”da fəaliyyət göstərməsinin zərərini, mənfi təsirini görmürük”.

 

Zaur Həşimov U-18, Ramil Quliyev isə U-17 yığmasının baş məşqçisi təyin olunduqdan sonra müvafiq olaraq “Qəbələ” və “Zirə”nin əsas komandasının məşqçisi vəzifəsindən ayrılıblar.

Tarix: 18 Yanvar 00:00    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.