Naxçıvan ötən il idmanda nə qazandı?

Naxçıvan Muxtar Respublikası idmançılarının 2017-ci ildə əldə etdikləri medalların sayı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, naxçıvanlı idmançılar Azərbaycan miqyaslı yarışlarda 129, beynəlxalq miqyaslı turnirlərdə 89 medal əldə ediblər.

 

Onlar dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal olmaqla, ümumilikdə, Muxtar Respublikadan kənar yarışlarda 240 medal qazanıblar.

 

Bu nəticə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdu. 2017-ci ildə də ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş turnirlər keçirilib.

 

Boks, kikboksinq, güləş və digər idman növləri üzrə təşkil olunan yarışlarda 5 minə yaxın idmançı mübarizə aparıb. Kollektiv idman növləri üzrə yarışlara isə 2 minə yaxın idmançı qatılıb.

Tarix: 17 Yanvar 22:48    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.