Valeh Seyidov Ronaldonun vətənində ilk qolunu belə vurdu - VİDEO

Portuqaliya II liqasının B divizionunda XVI turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki,  "Bakı"nın yetirməsi Valeh Seyidovun çıxış etdiyi “Louletano” səfər matçına çıxıb.
 
“Ağ-qırmızılar” Lissabonda “Montijo”nun qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.
 
21 yaşadək futbolçulardan ibarət milli komandamıza namizəd olan hücumçu bu oyunun iştirtakçısı olub. O, matçın 69-cu dəqiqəsində, komandası hesabda 0:2 hesabıyla geridə olan zaman meydana daxil olub.

 

Seyidovun oyuna qoşulmasından sonra, “Louletano” hücumlarının kəsərini artırıb və təsəlli qolunu vurmağı bacarıb. Belə ki, Valeh komanda yoldaşının ötürməsini dəqiq tamamlayıb.
 
Bu, Valeh Seyidovun 2018-ci ildə ilk oyunu və vurduğu ilk qol olub. Hücumçu birinci qolunu ötən ilin oktyabrında “Moura” ilə yoxlama görüşündə vurmuşdu. “Louletano” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

 

Tarix: 17 Yanvar 22:36    Oxunub: 338    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.