"İndi uduzmağımız heç nə demir" - Roman Qriqorçuk

“Bu oyun bizim üçün çox faydalı alındı".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

"Qırmızı-qaralar" Antalya toplanışı çərçivəsində bu gün növbəti oyununun keçirib. İsveçrənin "Sürix" komandası ilə qarşılaşan əyalət təmsilçisi matçdan minimal hesablı yenilgi ilə ayrılıb.

 

Oyunla bağlı fikirlərini bildirən ukraynalı mütəxəssis komandada yorğunluq hiss olunduğunu bildirib: "Toplanışın yorğunluğu bu qarşılaşmada futbolçularda hiss olunurdu.

 

Rəqib də elə komanda idi ki, bizim yaxşı məşq etməyimizə səbəb oldu. Keçirdiyimiz görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabı ilə qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.

 

Qriqorçuk təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq.

 

Matçın keçirilməməsi onlar barədə məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə isə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxş keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.

Tarix: 17 Yanvar 22:24    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.