Ronaldo Peresdən narazıdı: "Məsələ pulda deyil, diqqətdədi"

Kriştiano Ronaldo “Real”ın prezidenti Florentino Peresden narazıdı.

 

Sportinfo.az xəbər verir ki, Ronaldo Peresdən narazılığını qohumları ilə söhbətdə büruzə verib.

 

O, məvacibinin artırılmasını istəyir. Peres isə futbolçunun istəyinə konkret cavab vermir. Ronaldo belə deyib:

 

“Peres elə mənə həmişə “sabah, sabah” deyir. Məsələ pulda deyil, statusda, diqqətdədi”.

 

Ronaldo özünü “Real” tarixinin ən yaxşı futbolçusu hesab edir. O, Lionel Messidən və Neymardan az məvacib almasından narazıdı. Portuqal futbolçu illik məvacibinin 40 milyon avroya qaldırılmasını istəyir.

 

Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Peres Ronaldonun satılmasını istəyir. O, futbolçunun agenti Jorje Mendeşə bildirib ki, müştərisi üçün yeni klub tapsın.

Tarix: 17 Yanvar 21:24    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.