"Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki..."

"Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir".

Sportinfo.az xəbər verir ki bunu Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində Azərbaycan yığmasındakı fəaliyyəti barədə danışarkən deyib. 

 

49 yaşlı mütəxəssis bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakından fərqli olaraq hazırlıq və analizə vaxt az qalır:

 

"Klubla yığma futbolun tamamilə fərqli konsepsiyalarıdır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir.

 

Yığmada iş isə tam fərqlidir. Yarışların təqvimi üzündən, milli komandaya itirilmiş şanslar daha baha başa gəlir".

 

Robert Prosineçki baş məşqçi kimi ilk dəfə Azərbaycan millisində çalışıb. O, 2014-cü ilin dekabrında AFFA ilə bağladığı müqaviləyə əsasən, bu postda 3 ilədək çalışıb.

Tarix: 17 Yanvar 21:00    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.