Mədətov topu bilərəkdən kənara vurdu, "Qarabağ" qələbədən imtina etdi - VİDEO

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Rusiyanın "Kuban" klubuyla qarşılaşıb. 



İlk hissədə komandamız bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. İlk yarının sonlarında penalti vurmaq hüququ qazansa da, Mahir Mədətov feyr-pley nümunəsi nümayiş etdirərək, topu bilərəkdən kənara vurub.

 

Matçın 50-ci dəqiqəsində Əfran İsmayılov təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb.

 

3 dəqiqə sonra rəqib də penalti zərbəsindən yararlanaraq hesabı bərabərləşdirib. 60-cı dəqiqədə rəqib cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabda irəliçıxıb.

 

68-ci dəqiqədə gənc futbolçumuz Zaur Fərzəliyev dəqiq zərbəylə hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb.2:2

 

“Qarabağ” - “Kuban” 2:2

Qol: Əfran İsmayılov, 50-pen. Zaur Fərzəliyev, 68 - Malyarov, 53-pen; 61.

"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Coşqun Diniyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Dani Kintana.


Tarix: 17 Yanvar 20:48    Oxunub: 461    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.