Terimə təklif: "Sənə kömək edim, 38 milyona alınan hücumçunu icarəyə götür"

“Milan”ın baş məşqçisi Cennaro Qattuzo “Qalatasaray”ın çalışdırıcısı Fatih Terimə məsləhət verib.

 

Sportinfo.az xəbər verir ki, İtaliya millisinin keçmiş üzvü Terimə mövsümün əvvəlində 38 milyon avro qarşılığında “rossonyerlər”ə transfer olunan, lakin ümidləri doğrultmayan portuqaliyalı hücumçu Andre Silvanı təklif edib.

 

Qattuzo türkiyəli mütəxəssisə 22 yaşlı hücumçunun xidmətində maraqlı olmadığını, istəsə, onun “Qalatasaray”a icarəyə verilməsinə kömək edə biləcəyinə söz verib.

 

Terimin Qattuzonun bu təklifindən razı qaldığı, portuqaliyalı futbolçunu da razı salmaq üçün köməkçilərini Milana göndərməyi planlaşdırdığı deyilir. Qattuzo vaxtilə “Milan”da Terimin rəhbərliyi altında oynayıb.

Tarix: 17 Yanvar 20:36    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.