Azərbaycan klubu ilə razılığa gəldi - 11 oyuna 400 min dollar

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, o, Cənubi Azərbaycanın “Traktorsazi” klubu ilə razılığa gəlib.

 

68 yaşlı mütəxəssis hələ bir neçə gün öncə yerli mətbuata açıqlamasında bu klubdan təklif aldığını açıqlamışdı. Bu gün isə qardaş ölkə mətbuatı onun “traktorçular”la razılığa gəldiyini yazıb.

 

Məlumata görə, Dənizli bu komandanı mövsümün sonuna kimi çalışdıracaq. O, 11 oyunluq müqavilə üçün 400 min dollar alacaq.

 

Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Sözügedən komanda İran çempionatının geridə qalan 19 turundan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb.

Tarix: 17 Yanvar 00:30    Oxunub: 520    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Fevral 2018
17 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.