"Komandanın baş məşqçisi və prezident məni haqlı tənqid edir"

Yanvarın əvvəlində “Boka Xuniors”a qayıdan Karlos Teves Çin karyerası barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Teves “Şanxay Şenxua”da oyuna tam köklənə bilmədiyini deyib.

 

O, Çində istirahət etdiyini vurğulayıb: “Mən Çində uzun müddət - 7 ay istirahət etdim. Komandanın baş məşqçisi və prezident haqlı olaraq məni tənqid edirlər. Heç özüm də bilmirdim ki, orda nə iş görürdüm.

 

Bilirəm ki, buna görə bəziləri mənə qəzəblənirdilər. Elə buna görə də ordan ayrıldım. Orda oyunlara köklənə bilmirdim. Meydanda var qüvvəmi sərf etməyə hazır deyildim”.

Tarix: 17 Yanvar 00:10    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.