Rusiyanın olimpiadaya SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olundu

Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub.

 

Sportinfo.az xəbər verir ki,  belə bir təkliflə internet istifadəçiləri olimpiadada Rusiya simvollarına qadağa qoyulması səbəbindən çıxış ediblər.

 

Onlar Rusiyanın hazırkı himninin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsini, ölkənin isə SSSRİ-nin varisi olmasını əsas gətiriblər.

 

Məsələyə münasibət bildirən Beynəlxalq Olimpiya Komitəsi (İOC) Rusiya idmançılarının sovet rəmzlərindən istifadə məsələsinə xüsusi komissiyanın iclasında baxılacağını açıqlayıb.

 

İOC İcraiyyə Komitəsi 2017-ci il dekabrın 5-də Rusiyanın dopinq qəbul etməyən idmançılarının Pxençxan olimpiadasına olimpiya bayrağı altında buraxılmalarına dair qərar verib.

 

Lakin onlar Rusiyanın olimpiyaçı idmançıları statusunda çıxış edəcəklər. Mükafatlandırma mərasimində isə olimpiya himni çalınacaq. Rusiya idmançılarının olimpiadaya buraxılma məsələsi ilə İOC-un xüsusi komissiyası məşğul olacaq. 

Tarix: 17 Yanvar 00:00    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.