Azərbaycan millisinin hazırlıq prosesinə daha bir nəfər qoşuldu

Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

 

Sportinfo.az xəbər verir ki, karyerasını Serbiyanın “Ekonomats” klubunda davam etdirən Vitali Borisov yanvarın 14-də Bakıya gəlib.

 

36 yaşlı futzalçı bugünkü məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, eləcədə Dubayın “Əl-Dafra” klubunda çıxış edən Vassura isə yanvarın 18-də komandaya qoşulacaq.

 

Millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın paytaxtı Lyublyanaya yola düşəcək və “Austria Trend Hotel”də məskunlaşacaq. Yığma ilk oyununu fevralın 2-də Fransa, növbəti matçını 2 gün sonra İspaniya millisinə qarşı keçirəcək.

Tarix: 16 Yanvar 16:12    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.