Fransanın millimizlə oyun üçün yekun heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının heyəti açıqlanıb.

 

Komanda hazırlığa yanvarın 20-də başlayacaq. Sportinfo.az xəbər verir ki, baş məşqçi Pyer Jaki siyahıya 14 futzalçını daxil edib.

 

O, qapıçılar - Joevin Duro, Camel Harun, Ba El Kerrumi, sahə oyunçuları - Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramiresə dəvət göndərib. 

 

Azərbaycan yığması yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində Fransa və İspaniya milliləri ilə birgə D qrupunda yarışacaq. 

Tarix: 16 Yanvar 15:24    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.