SAÇYOLDU - Qadın futbolçular arasında kütləvi dava düşdü - VİDEO

Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

 

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb.

 

Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub.

 

Lakin görüş yarımçıq dayandırılıb. Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar. Urqanın sol biləyində qırıq olduğu, Ağgünün isə başından travma aldığı müəyyənləşib.

 

Tarix: 16 Yanvar 11:24    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.