Azərbaycanda bu şəxsi baş katib vəzifəsinə təyin etdilər - FOTO

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə təyinatı rəsmiləşib. 

 

Birlikdən Sportinfo.az-a verilən məlumata görə, bu barədə AMKF-in İdarə Heyətinin iclasında qərar qəbul olunub.

 

M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış Mircabbar Seyidov bundan sonra baş katibin məsul katibi vəzifəsində çalışacaq.

 

Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaq.

 

Ümumilikdə, federasiyanın, katibliyin əlaqəli işlərinə rəhbərliyi M.Seyidov icra edəcək. Yeni baş katib 2015-ci ildən “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür və Prezident İlham Əliyev tərəfindən təsis olunmuş Gənclər üçün Prezident mükafatçısıdır.

Tarix: 16 Yanvar 00:50    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Fevral 2018
23 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.