AZAL-da "təmizləmə kampaniyası" - 6 futbolçu ilə yollar ayrıldı

Dekabrın 21-dən etibarən qış fasiləsinə yollanan AZAL-da komandanı tərk edəcək futbolçuların adları məlumdur. Belə ki, dünən baş məşqçi Tərlan Əhmədov heyətdən çıxarmaq istədiyi oyunçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Sportinfo.az xəbər verir ki, bunlar Brayan Fok, Adan Koronado, Mirzaga Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedovdu. 

 

Adan Koronadonun gedişi heç də baş məşqçinin qərarı ilə baglı deyil. Yəni, Əhmədov onun getməsində maraqlı deyildi. Sadəcə amerikalı yarımmüdafiəçi ailə vəziyyətini əsas tutaraq evə dönmək istəyini bildirib və onunla müqavilənin qarşılıqlı şəkildə pozulmasını xahiş edib. AZAL PFK-nın rəhbərliyi isə bunu nəzərə alıb. Qvanzav Maqomedov isə meneceri vasitəsi ilə başqa klublardan təkliflər aldıgını bidirdiyindən transferə çıxarılıb.       

Tarix: 24 Dekabr 16:00    Oxunub: 465    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.