"Kəpəz" stadion tapa bilmədi, "Sabah"la oyun ləğv olundu

“Kəpəz”in birinci divizion təmsilçisi “Sabah”la yoxlama oyunu ləğv olunub.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Gəncə təmsilçisinin saytı yayıb.

 

Oyunun ləğv olunmasına səbəb, matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdı. 

 

Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər.

 

Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq, paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb.

Tarix: 14 Yanvar 14:31    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.