“Malaqa”da yeni baş məşqçi

“Malaqa”nın baş məşqçisi Migel Qonsaleslə yollarını ayırdığı barədə məlumat vermişdik.

 

Sportinfo.az xəbər verir ki, “mavi-ağlar”ın rəhbərliyi artıq 54 yaşlı mütəxəssisə əvəz tapıb. Xose Manuel Qonsales komandanın yeni baş məşqçisi təyin edilib.

 

Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqaviləyə əsasən, 51 yaşlı mütəxəssis mövsümün sonuna kimi “Malaqa”nın “sükanı arxasında” olacaq.

 

Məşqçi karyerası ərzində “Kadis”, “Albasete”, “Kordoba”, “Mursiya”, “Qranada”, “Beyinq Quoan” (Çin) kimi komandaların baş məşqçisi olmuş Qonsales, 1995/96 mövsümündə futbolçu kimi “Malaqa”nın şərəfini qoruyub.

Tarix: 14 Yanvar 14:12    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.