"Kəpəz"i Ukrayna və Türkiyə klublarından üstün tutdu

"Kəpəz"in müqavilə imzalamağa hazırlaşdığı ukraynalı qapıçı Sergey Litovçenko daha iki klubdan təklif alıbmış.

 

Sportinfo.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı xəbər yayıb.

 

Tbilisi "Dinamo"sundan ayrıldıqdan sonra 30 yaşlı qolkiper Ukrayna və Türkiyə klublarının maraq dairəsinə düşüb.

 

Xüsusi ilə qardaş ölkə təmsilçisi təcrübəli qapıçı ilə daha ciddi maraqlanıb, hətta ona təklif də göndərib. Ancaq Litovçenko türk klubunu yox, "Kəpəz"i seçib.

 

Ukrayna "Arsenal"ının yetirməsi olan qolkiperlə gələn həftə rəsmi müqavilə imzalanacaq.

Tarix: 14 Yanvar 13:59    Oxunub: 564    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.