Premyer Liqada fransız

“Lester Siti” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransada anadan olmuş malili futbolçu Fusseni Diabate ilə güclənib.

 

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Fransanın “Qazelek” klubundan transfer edilən gənc futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

 

Keçidin maliyyə detalları açıqlanmır. 22 yaşlı futbolçu “Reyms”in yetirməsidi. O, 2015-2017-ci illər aralığında “Genqam”da da çıxış edib.

 

Diabate “Qazelek”də bu mövsümün əvvəlindən çıxış edirdi. Gənc yarımmüdafiəçi Malinin U-20 və U-23 yığma komandalarında da oynayıb.

Tarix: 14 Yanvar 13:33    Oxunub: 212    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.