Rauf Əliyevin keçmiş klubu ilə "Fənərbağça" arasında dava - VİDEO

"Fənərbağça"nın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib.

 

Sportinfo.az xəbər verir kiinsident oyunun sonlarında yaşanıb.

 

İlk yarıda "Kukesi" 2 qol vursa da, "Fənər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. 48-ci dəqiqədə Juliano, 90-cı dəqiqədə Fernandao fərqlənib.

 

Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb. Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub.

 

İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub. Mövsümün ilk yarısında "Kukesi"də Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev də forma geyinib.

 

Tarix: 14 Yanvar 13:20    Oxunub: 283    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.