"Qəbələ"nin yeniyetmə boksçularından 4 medal

Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.

 

2002-2003-cü il təvəllüdlü boksçuların 4 günlük mübarizəsində “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurlu çıxış ediblər. Boksçularımız birincilikdə 2 qızıl, 2 bürünc medal qazanıblar.

 

 

Nihad Ağakişiyev 44 kq, Nurlan Qasımov 70 kq çəki dərəcəsində bütün rəqiblərin qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinalda mübarizəni dayandıran Əli Mirzəyev 50 kq, İlqar Tarverdiyev isə 52 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 

“Qəbələ” komanda hesabında 2-ci yeri tutub. 14 çəki dərəcəsi üzrə baş tutan yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

Tarix: 14 Yanvar 12:41    Oxunub: 63    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.