"Neftçi" - "Keşlə" oyununun məkanı dəyişdirildi

"Keşlə"nin Bakı toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi yoxlama oyununun məkanı yenidən dəyişdirilib.
 
Sportinfo.az xəbər verir ki, yanvarın 14-də baş tutacaq matç "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq.
 
Qarşılaşma saat 15.00-da başlanacaq. Bu komandalar arasında matçın ilk olaraq məhz "İsmət Qayıbov"da keçirilməsi planlaşdırılırdı.
 
Keşlə təmsilçisi yanvarın 11-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirdiyi yoxlama matçında 3:1 hesabıyla qalib gəlib.
Tarix: 14 Yanvar 12:28    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.