"Keşlə"də növbəti legioner

“Keşlə” qış fasiləsində 2-ci legioner transferini reallaşdırır.

 

Sportinfo.az xəbər verir ki, Kamerun millisinin sabiq futbolçusu Herve Tçaminin keçidinin rəsmiləşməsi qalıb.

 

Bakı klubunun ukraynalı yeni baş məşqçisi Yuri Maksimov ilk yoxlama matçında – “Qaradağ Lökbatan”a 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda sınadığı kamerunlu yarımmüdafiəçini bəyənib. 

 

Son klubu Səudiyyə Ərəbistanın “Hacer” olan Herve millisində 2 oyun leçirib. Onunla qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq.

 

30 yaşlı Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feyrense" və Türkiyənin "Girəsunspor" klublarında çıxış edib.

Tarix: 14 Yanvar 12:02    Oxunub: 424    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.