“Mançester Siti” 55 milyon verdi, "Şaxtyor” razılaşmadı

“Mançester Siti” “Şaxtyor”un yarımmüdafiəçisi Fredi transfer etmək istəyir.

 

Sportinfo.az xəbər verir ki, “Siti” Ukrayna klubuna konkret təkliflə müraciət edib.

 

“Şəhərlilər” braziliyalı futbolçu üçün 45 milyon funt (55,5 milyon avro) təklif ediblər. Ancaq “Şaxtyor” rəhbərliyi bu məbləğlə razılaşmayıb.

 

Onlar Fredə görə daha çox kompensasiya tələb edirlər. Donetsklilərin konkret nə qədər məbləğ tələb etdikləri barədə isə məlumat verilmir.


Fred bu mövsüm Ukrayna çempionatında 16 oyun keçirib, 2 qol vurub, 2 qol ötürməsi edib.

Tarix: 14 Yanvar 11:49    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.